Depo xidməti

Tez-tez verilən suallar

Depo xidmətindən istifadə etmək üçün minimum mal həcmi nə qədərdir?
Minimum həcm tələbi müştərinin məhsul növünə və iş modelinə görə müəyyən edilir. Kiçik həcmdən başlamaq mümkündür — bununla bağlı konkret məlumat almaq üçün bizimlə əlaqə saxlayın. Şərtlər hər müştəri üçün fərdi olaraq razılaşdırılır.
Mallarım anbarınıza hansı müddətə qədər yerləşdirilə bilər?
Həm qısamüddətli (həftəlik, aylıq), həm də uzunmüddətli saxlama mümkündür. Mövsümi bizneslər üçün müəyyən dövr ərzində anbardan istifadə etmək seçimi var. Konkret müddət müqavilə mərhələsində razılaşdırılır.
Anbarımda qalan malların miqdarını necə izləyə bilərəm?
MyKuryer sistemi vasitəsilə anbar qalıqlarınızı real vaxt rejimində onlayn izləyə bilərsiniz. Bundan əlavə, mal miqdarı müəyyən həddən aşağı düşdükdə sizə avtomatik bildiriş göndərilir. Mobil tətbiq vasitəsilə bu məlumatları istənilən vaxt yoxlamaq mümkündür.
Depo xidməti qablaşdırma materialını da əhatə edirmi?
Bəli, standart qablaşdırma materialları xidmət çərçivəsində təmin edilir. Əgər brendinizə xas xüsusi qablaşdırma istifadə etmək istəyirsinizsə, bunu da təşkil etmək mümkündür — bu barədə müqavilə mərhələsində razılaşdırılır.
Müştərim sifarişi verdikdən sonra çatdırılma nə qədər vaxt alır?
Bakı daxilindəki sifarişlər adətən eyni gün və ya növbəti iş günü çatdırılır. Regionlara göndərişlər üçün çatdırılma müddəti məsafəyə görə dəyişir. Bütün göndərişləri müştəriniz göndəriş izləmə səhifəsindən canlı izləyə bilər.
Anbarınızdakı mallara zərər gəlsə, bu məsuliyyət kimdədir?
Anbarımızdakı mallar sığorta ilə əhatə olunur. Gözlənilməz hal — yanğın, su sızması və ya bənzər vəziyyət — baş verdikdə sığorta çərçivəsində kompensasiya mexanizmi işə düşür. Ətraflı şərtlər müqavilədə öz əksini tapır.
Nağd ödəniş yığımı (COD) xidməti depo xidməti ilə birlikdə işləyirmi?
Bəli, nağd ödəniş yığımı xidməti depo xidməti ilə inteqrasiya olunmuş şəkildə fəaliyyət göstərir. Müştəriniz malı qəbul edib nağd ödədikdə, həmin məbləğ müəyyən müddət ərzinde sizin hesabınıza köçürülür. Bu xidmət Bakı şəhəri daxilindəki çatdırılmalarda aktivdir.
Depo xidmətinin qiyməti necə hesablanır?
Qiymət saxlanılan malın həcmi, aylıq emal olunan sifariş sayı, qablaşdırma növü və əlavə xidmətlərə görə müəyyən edilir. Dəqiq məbləği öyrənmək üçün qiymət kalkulyatorundan istifadə edə və ya menecerlərimizlə əlaqə saxlaya bilərsiniz.
Depo xidmətini onlayn mağazam olmadan da istifadə edə bilərəmmi?
Bəli. Sosial media üzərindən, telefon sifarişi ilə və ya hər hansı digər kanaldan satış həyata keçirən sahibkarlar da bu xidmətdən yararlana bilər. Mühüm olan sifarişləri bizə vaxtında çatdırmaqdır — qalanını biz idarə edirik.
Depo xidmətinə qoşulmaq üçün nə etməliyəm?
Saytımızdakı əlaqə formasını doldurun, ya da birbaşa zəng edin. Menecerlerimiz sizinlə əlaqə saxlayır, iş modelinizi öyrənir və uyğun şərtləri təklif edir. İlk məsləhətləşmə pulsuzdur.

Digər xidmətlər

Təcili kuryer

Bəzən çatdırılma saatlarla deyil, dəqiqələrlə ölçülür. Mühüm bir müqavilə bu gün imzalanmalı, online sifariş etdirilən məhsul müştəriyə vaxtında çatma...

Sənədlərin çatdırılması

Sənəd çatdırılması — iş dünyasının ən həssas ehtiyaclarından biridir. Müqavilələr, notariat sənədləri, bank ərizələri, tibbi arayışlar, dövlət qurumla...

Online mağazalardan çatdırma

Onlayn mağaza çatdırılması bu gün e-ticarətin ən kritik proseslərindən birinə çevrilib. Müştərilər sifariş verdikdən sonra sürətli, etibarlı çatdırılm...

WhatsApp üzərindən sifariş

Müasir şəraitdə vaxt ən qiymətli resursdur. MyKuryer bu gerçəkliyi nəzərə alaraq WhatsApp üzərindən kuryer sifarişi imkanı təqdim edir. Sayta daxil ol...

7/24 operator dəstəyi

MyKuryer-in 7/24 operator dəstəyi xidməti müştərilərə sutkanın istənilən saatında, həftənin istənilən günündə — bayram günləri də daxil olmaqla — canl...

MyPoçt — rayonlara göndəriş

Azərbaycanın bütün bölgələrinə, o cümlədən şəhər, rayon, qəsəbə və kəndlərinə bağlama göndərişi. Çəkiyə görə şəffaf tarif, izləmə kodu və göndərişin s...

Eyni gün çatdırılma

Eyni gün çatdırılma — sifarişin verildiyi gün ərzində alıcıya çatdırılmasını təmin edən kuryer xidmətidir. MyKuryer bu xidməti Bakı şəhərinin bütün ra...

Son mərhələ (last mile) çatdırılma

Logistika zəncirinin ən vacib mərhələsi göndərişin anbardan çıxdıqdan sonra birbaşa son istifadəçinin qapısına qədər aparılmasıdır. Bu proses son mərh...

Motosiklet kuryeri

Bakının sıx trafiki şəraitində sənəd, paket və ya kiçik göndərişinizi vaxtında çatdırmaq üçün motosiklet kuryeri xidməti ən sərfəli seçimlərdən biridi...

Korporativ kuryer xidməti

MyKuryer-in korporativ kuryer xidməti şirkətlərə, dövlət qurumlarına, ticarət şəbəkələrinə və digər hüquqi şəxslərə sənəd, məhsul və göndərişlərini Ba...

Temu və Trendyol sifarişlərinin çatdırılması

Xarici onlayn platformalardan alış-veriş etmək artıq Azərbaycanda da geniş yayılmış bir vərdəşə çevrilib. Temu və Trendyol bu platformaların ən populy...